...

Milli Qəhrəman Eldar Məmmədovun xatirəsi anıldı (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2015 20:50 (UTC +04:00)
C.Naxçıvanski adına Hərbi Liseydə şəhid, Azərbaycanın Milli Qəhrəmanı, baş leytenant Eldar Məmmədovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Milli Qəhrəman Eldar Məmmədovun xatirəsi anıldı (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

C.Naxçıvanski adına Hərbi Liseydə şəhid, Azərbaycanın Milli Qəhrəmanı, baş leytenant Eldar Məmmədovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə bir qrup kursant Milli Qəhrəmanın ailə üzvləri ilə birgə Şəhidlər xiyabanında onun məzarını ziyarət ediblər. Daha sonra Hərbi Liseyin klubunda tədbir davam etdirilib.

Tədbirdə Milli Qəhrəmanın anası Tamilla xanım, bacısı Sevinc xanım və yaxın qohumları iştirak ediblər. Kursantların təqdim etdiyi ədəbi-bədii hissədə E.Məmmədovun keçdiyi şərəfli ömür yolundan danışılıb.

Sonda qəhrəmanın bacıısı Sevinc xanım çıxış edərək Milli Qəhrəmana və onun ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti