Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/
Paytaxtın Səbail rayonunda yerləşən Nizami küçəsində təmir işləri davam etdirilir. Artıq sözügedən küçənin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində işlər başa çatdırılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib.
Məlumata görə, həmin ərazidə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, asfalt-beton ortüyünün döşənməsi yekunlaşıb. Sabahdan etibarən təmir işlərinin həmin küçənin Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq.