...

Qadınlar Şurası fəalları təbrik edib (FOTO)

Cəmiyyət Materials 5 Mart 2015 09:52 (UTC +04:00)
YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirib.
Qadınlar Şurası fəalları təbrik edib (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirib. Tədbirdə Qadınlar Şurasının İdarə Heyəti və Şura üzvləri,bələdiyyə üzvlüyünə seçilən və partiya sıralarına yeni qəbul olunan gənc xanımlar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri,GDU-nun prorektoru Pərvin Kərimzadə çıxış edərək bildirib ki, Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıb, öz müdrikliyi,mərdliyi və mübarizliyi ilə fərqlənib, milli-mənəvi dəyərlərimizin,cəmiyyətimizin sağlamlığının keşiyində dayanıb,tərəqqi və inkişafın önündə addımlayıblar. Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti boyu qadınların himayədarı olub, onları dövlətimizin,müstəqilliyimizin, bu günümuzun dayağı adlandırıb. Ölkə başçısı cənab İlham Əliyev ümummilli liderimizin ənənələrini uğurla davam etdirərək, qadınlara çox böyük diqqət və qayğı göstərir.

Dünya qadınları arasında böyük nüfuz qazanan, hətta onlardan yüksək səviyyəyə ucalan Azərbaycan qadınının layiqli təmsilçisi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti, dəyərli xidmətləri Azərbaycan qadınlarının fəallığının nümunəsidir.

Bu gün YAP Gəncə şəhər Təşkilatının 32200 nəfər üzvünün 63,7 faizini qadınlar təşkil edir.Onlar Vətənimizin güclənməsi və qüdrətlənməsi,şəhərimizin daha da inkişaf etməsi və çiçəklənməsi naminə əzmkarlıq göstərir,hər bir sahədə dövlətçiliyimizə sədaqət nümayiş etdirirlər.

Qadınlar Şurasının sədri Pərvin Kərimzadə partiyanın sıralarında birləşən qadınları bayram münasibəti ilə təbrik edib,onlara şərəfli işlərində uğurlar arzulayıb.Həmçinin qeyd edib ki,mətbuat sahəsində uzun illər səmərəli fəaliyyət göstərən,dəyərli xidmətlərinə görə müxtəlif illərdə dövlətimiz və şəhər rəhbərliyi tərəfindən mükafatlara layiq görülən "Gəncənin səsi"qəzetinin baş redaktoru Sadıqova RəfiqəYusif qızının bu gün doğum günüdür.O, bu əlamətdar gün münasibəti ilə YAP Gəncə şəhər Təşkilatının rəhbərliyi adından Rəfiqə xanımı təbrik edib,ona yeni-yeni yaradıcılıq uğurları və möhkəm cansağlığı arzulayıb,Fəxri fərman və gül dəstəsi təqdim edib.

AzTU-nun prorektoru Gülsüm Fətəliyeva,ADAU-nun prorektoru Aidə Qasımova, 1 saylı poliklinikanın baş həkimi Xalidə Sadıqova, Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva, "Gəncənin səsi" qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, "Yeni Gəncə"qəzetinin baş redaktoru Süsən Tağıyeva, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova çıxış edərək,qadınların təhsil,səhiyyə,mədəniyyət,mətbuat sahəsində qazandıqları uğurlardan,çox məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gələrək,onlara göstərilən etimadı ləyaqətlə doğrultmalarından,bütün sahələrdə örnək və nümunə olmalarından danışıblar.

Tədbirdə bələdiyyə üzvlüyünə seçilən gənc xanımlara Fəxri fərmanlar,partiya sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti