...

Suraxanı küçələrindən biri təmir edilir

Cəmiyyət Materials 9 Mart 2015 12:47 (UTC +04:00)
Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işlərinə başlanılıb.
Suraxanı küçələrindən biri təmir edilir

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/

Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işlərinə başlanılıb. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, küçənin ümumi uzunluğu 1800 m, eni isə 9 m təşkil edir: "Hazırda yol boyu beton bardürlərin sökülərək ərazidən kənarlaşdırılması işləri aparılır. Daha sonra küçə boyu yolun əsasının yararsız vəziyyətə düşən əraziləri tam bərpa olunacaq və bardürlər dəyişdirilərək yeni asfalt-beton örtüyü salınacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti