...

Ağstafada sağlamlıqla bağlı tədbir keçirilib

Cəmiyyət Materials 11 Mart 2015 21:22 (UTC +04:00)
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) “Azərbaycan Gəncliyi 2011- 2015 – ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq reallaşdırdığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Sağlam həyat tərzi-gənclərin iştirakı ilə ictimai müzakirələr” adlı layhə çərçivəsində bu gün Ağstafa şəhərində gənclərin iştirakı ilə konfrans keçirib.
Ağstafada sağlamlıqla bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 11 mart /Trend/

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) "Azərbaycan Gəncliyi 2011- 2015 - ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq reallaşdırdığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən "Sağlam həyat tərzi-gənclərin iştirakı ilə ictimai müzakirələr" adlı layhə çərçivəsində bu gün Ağstafa şəhərində gənclərin iştirakı ilə konfrans keçirib.

Tədbiri rayon Təhsil şöbəsinin müdiri Fəhrad Vəliyev açaraq son illər ölkəmizdə təhsil sektorunda görülən işlərdən danışıb. Qeyd edib ki, təhsil sektorunda maddi - texniki bazanın gücləndirilməsi bu sahəyə marağın artması ilə müşayiət olunur. Şöbə müdiri vurğulayıb ki, 2013-2014 - cü tədris ilində Ağstafa rayonundan ali məktəbə sənəd verən 429 abutrentin 263 - ü tələbə adını qazanıb, bunlardan 53 nəfəri 500-dən çox, 16-ı isə 600 - dən çox bal toplayıb. F.Vəliyev qeyd edib ki, rayonun umumtəhsil məktəblərində reproduktiv sağlamlıq mövzusunda aparılan dərslərin nəticəsidir ki, gənclər gələcəyə böyük inam bəsləyir və öz sağlamlığının qeydinə qalırlar.

TUMİB sədri Çingiz Bayramov rəhbərlik etdiyi təşkilatın yeniyetmə və gənclərimizin yüksək təhsil alması və fərdi təşəbbüslərinin üzə çıxarılması istiqamətində gördüyü işlərdən danışıb. Ç.Bayramov bildirib ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq haqda gəncləri maarifləndirməkdir. TUMİB sədri gəncləri öz sağlamığının qeydinə qalmağa və təbii qidalarla qidalanmağa səsləyib.

TUMİB-in İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə regionlarda bu cür tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Natiq qeyd edib ki, yeniyetmə və gənclərimiz arasında bütün sahələrdə, o cümlədən sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işləri aparılmasına ehtiyac var. "Sağlamılıq hamıdan çox sizin özünüzə lazımdır", - deyən natiq gəncləri idmanla məşğul olmağa və zərərli vərdişlərdən çəkinməyə çağırıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gənclərinin şəxsi rifah halının və intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən danışılıb, bu sahədə zəngin qanunvericilik bazasının yaradıldığı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti