...

Mitinqlə bağlı məlumat yayıldı

Cəmiyyət Materials 15 Mart 2015 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirdiyi mitinq ilə bağlı məlumat yayıb.

Trend-in məlumatına görə, martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

"Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 (altı yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib", - məlumatda deyilir.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti