Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Anar Əliyev/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sirac Kərimli 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sirac Kərimli ötən ilin iyulun 17-dən həbs edilib. O, narkotik ittihamı ilə tutulub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.