...

Azərbaycanda jurnalistika ixtisası üzrə magistraturada oxumaq istəyənlərin qeydiyyatına başlanılır

Cəmiyyət Materials 18 Mart 2015 11:24 (UTC +04:00)
Azərbaycanda ali məktəblərdə jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların qeydiyyatına başlanılır.
Azərbaycanda jurnalistika ixtisası üzrə magistraturada oxumaq istəyənlərin qeydiyyatına başlanılır

Azərbaycan, Bakı, 18 mart/Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali məktəblərdə jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların qeydiyyatına başlanılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının 22 fevral 2015-ci il tarixində keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyirlərsə, martın 19-dan 29-dək TQDK nın internet saytında müvafiq səhifədə (https://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/?frm=egov) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə komissiya qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir.

Bakalavrın biletin hər bir bəndi üzrə cavabları 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul" qiymət almış hesab edilirlər və imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti