Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İlkin İzzət/
Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, artıq 2200 metr məsafədə səki daşları yenisi ilə əvəzlənib, 400 metr məsafədə köhnə asfalt-beton örtük qaşınaraq ərazidən kənarlaşdırılıb.
Hazırda həmin hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.