Belarusda Azərbaycanın Milli Qəhrəmanının 50 illik yubileyi qeyd olunub (FOTO)

Belarusda Azərbaycanın Milli Qəhrəmanının 50 illik yubileyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 30 mart, /Trend/

Belarusda Azərbaycanın Milli Qəhrəmanının 50 illik yubileyi qeyd olunub.

Ölkəmizdə Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi həmişə əziz tutulur, onların yubileyləri dövlət səviyyəsində qeyd edilir. Belə qəhrəmanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin zabiti mayor Anatoli Nikolayeviç Davidoviçdir.

Martın 28-də onun A.Davidoviçin 50 yaşı tamam olur. O, gəncliyinin gözəl çağında - 27 yaşında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Trend Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən yubiley tədbirlərinin təşkili ilə bağlı Slutsk şəhərinə ezam edilən nümayəndələr öncə şəhər mərkəzi xəstəxanasına gedərək bir ay əvvəl ürəyində açıq cərrahiyə əməliyyatı aparılmış şəhidin anası Kima Andreyevna ilə görüşüblər. K.Andreyevnaya Silahlı Qüvvələrin şəxsi heyətinin salamları və MN-nin yubiley töhfəsini çatdırılıb.

"Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalı redaksiya heyətinin təsis etdiyi "Mehriban ana" medalının oğlunun yubiley günündə anaya təqdim olunması onda xoş duyğular oyadıb.

K.Andreyevna növbəti dəfə diqqətdən kənarda qalmadığı, övladının unudulmadığı və xatirəsinin əziz tutulduğu üçün bir daha Azərbaycan xalqına minnətdarlığını bildirib.

Martın 28-də MN-nin təşkilatçılığı ilə Milli Qəhrəmanın 50 illik yubileyi yüksək səviyyədə qeyd edilib. Əvvəlcə tədbir iştirakçıları şəhər qəbirstanlığına gedərək qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Anım mərasimini açan polkovnik Abdulla Qurbani qəhrəmanın keçdiyi qısa, lakin mənalı ömür yolundan danışaraq bildirib ki, A.Davidoviç 50 il öncə Minsk vilayətinin Kopolskiy rayonunun Skobin kəndində anadan olub. Sonra ailəsi ilə birlikdə Slutski şəhərinə köçən Anatoli burada S.F.Rubanov adına orta məktəbi bitirib, Ukraynadakı Sumı Ali Artilleriya Məkətəbində təhsil alıb, SSRİ-nin Almaniyadakı Qoşun Qrupunda tağım komandiri kimi xidmətə başlayıb.

1989-cu ildə Zaqafqaziya Hərbi Dairəsinə - Gəncə şəhərinə göndərilmiş gənc zabit burada artilleriya hərbi hissələrinin birində xidmətini davam etdirib. Xocalı faciəsindən sonra isə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə daxil olub.

Müdafiə nazirinin əmri ilə ona "mayor" hərbi rütbəsi verilib, artilleriya hissələrindən birinə qərargah rəisi təyin edilib. Milli artilleriyaçı kadrların hazırlanmasında səylərini əsirgəməyən mayor A.Davidoviç tabeliyindəki şəxsi heyətlə birlikdə mütəmadi olaraq Tərtər, Ağdam, Goranboy və Füzuli bölgələrində döyüş tapşırıqlarını yerinə yetirib.

1992-ci ilin iyun ayında Ağdam bölgəsində qanlı döyüşlər gedərkən o, xüsusi qəhrəmanlıq nümunələri göstərərək düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itkilər verilməsinə nail olub. Lakin döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış mayor A.Davidoviçə vaxtında ilk yardım göstərilməsinə, helikopterlə Bakıya hərbi hospitala çatdırılmasına və həkimlərin səylərinə baxmayaraq onu ölümün pəncəsindən xilas etmnək mümkün olmayıb.

Ölümündən az sonra 1992-ci il iyulun 3-də Belarus Respublikasının müstəqilliyi günündə mayor A.Davidoviçə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Slutsk şəhər İcraiyyə Komitəsi sədrinin müavini Larisa Georgiyevna Dobrovolskaya anım mərasimində çıxış edərək Azərbaycan və Belarus xalqlarının dostluq və qardaşlıq münasibətlərinin daha da genişləndiyindən söhbət açıb, azərbaycanlıların da Böyük Vətən müharibəsi illərində Belarusun faşist işğalçılarından azad edilməsində müstəsna xidmətlərini qeyd edib, görkəmli sərkərdələrimizin, azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının adlarını iftixar hissilə çəkib. O bildirib ki, Azərbaycan xalqı Belarusdan olan qəhrəmanını unutmadığı kimi, belaruslar da bu torpaqlar uğrunda həlak olan yüzlərlə azərbaycanlı döyüşçünün xatirəsini həmişə əziz tutur.

Uzun illərdir ki, Belarusda yaşayan azərbaycanlı ziyalılar - Belarus Azərbaycan İcmaları Konqresinin fəalları İlham Hacıyev, Mirəli Mirəliyev, Elman Mahmudov, Zaur Tərlanov çıxışlarında şəhidin ailəsi ilə daim əlaqə saxladıqlarını, onların problemlərinin həlli istiqamətində həmişə yardımçı olduqlarını vurğulayıblar.

Milli Qəhrəmanın qardaşı Aleksandr ay yarım Azərbaycanda, Ağdam uğrunda döyüşlərdə A.Davidoviçlə bir səngərdə olduğunu xatırlayıb, hər cür təcavüzə, işğala, terrora nifrət etdiyini bildirib.

Həkimlərin ciddi nəzarətinə baxmayaraq mərkəzi xəstəxanadan çıxaraq birbaşa anım mərasiminə gəlmiş şəhid anası K.Andreyevna burada da Azərbaycan hökumətinə, tədbirin təşkilatçılarına oğlunun 50 illik yubileyini yüksək səviyyədə keçirdiklərinə görə bir daha dərin təşəkkürünü bildirib.

MN-nin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qəhrəmanın anasının 1994-cü ildə Ulu öndərimiz Heydər Əliyevlə görüşdüyü barədə xatirələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bildirilib ki, bu yaxınlarda Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhərin mərkəzi küçələrindən birinə mayor Davidoviçin adı verilib. Bir neçə gündən sonra həmin küçənin başlanğıcındakı binaya qəhrəmanın barelyefi vurulacaq, küçənin təntənəli açılışı olacaq. Milli Qəhrəmanın 4 il yaşadığı və xidmət etdiyi Gəncə şəhərində yubiley mərasimi keçiriləcək. Yubiley tədbirinə dəvəti Davidoviçlər ailəsi onlara göstərilən diqqət və qayğının daha yeni bir təzahürü kimi qiymətləndiriblər.

Azərbaycanın Milli Qəhrəmanı mayor Davidoviçin vətənində "Belarus oğlu, Azərbaycan qəhrəmanı" sənədli filminin son kadrları çəkilib, müsahibələr alınıb.

Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Loading Bars
Xəbər lenti
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Xırdalanda baş verən partlayışdan sonra 6 nəfər dağıntılar altından xilas edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Füzuli rayonunun Dövlətyarlı kəndi (FOTO/VİDEO)
Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq
Azərbaycan Ukraynaya öz istehsalı olan mühərrik yağları ixrac edəcək
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Şabranda 2 azyaşlı uşaq yanan evdən sağ çıxarılıb
Prokurorluq Bakıda qadının ölümü ilə bağlı araşdırmalara başladı
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib
Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək
İstanbulda bıçaqlı şəxs 3 Rusiya vətəndaşını yaralayıb
Astara gömrük postunda 21 kq narkotik aşkarlandı (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub
250 baş qırqovul vəhşi təbiətə buraxılıb (VİDEO)
Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən aşağı düşəcək
Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub
Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək
MEDİA seminarlara başladı (FOTO)
Biznesinizi Yelo bankla genişləndirin
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
2025-ci ilə kimi şəhid ailəsi, qazi və Çernobıl əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq - Nazir müavini
Füzuli rayonunun Kürdlər kəndi (FOTO/VİDEO)
“Azərişıq” və “Azəriqaz” kommunal sektorda əməkdaşlıq edəcəklər
Ağcabədidə yaşayış binasının bütün elektrik kabelləri yanıb
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib (VİDEO)
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verdi
Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Erməni Apostol Kilsəsinin Ermənistan siyasətinə təsiri təhlil edilib (FOTO)
“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
Rusiyalı deputatın adı "qara siyahı"ya salnıb - Leyla Abdullayeva
Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dövlət qulluğu müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb
8 prokurorluq işçisi vəzifəsindən azad edilib
Ötən il 30 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib
Dəniz quldurlarının qaçırdığı gəmidə həyatını itirən azərbaycanlı Qabona gətirilib - Çavuşoğlu
Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)
Pandemiyadan sonra bizi gözləyən problem: yollarda sıxlıq artacaq
Zaman puldur. Karvannews-la iş tapmaq daha asandır!
İranda bir gündə 100-ə yaxın şəxs koronavirusdan ölüb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Azad olunmuş ərazilərdə şirkətlərimiz işə başlamağa hazırdır - İran XİN başçısı
Azərbaycan Prezidenti: Xudafərin su anbarı ilə bağlı planlar artıq çox aktiv fazadadır
“AzerGold” QSC-də ötən ilin yekunlarına dair onlayn müşavirə keçirilib (FOTO)
Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub - Məhəmməd Cavad Zərif
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Bu ərazilərdə ov etmək qadağandır - Xidmət rəisindən açıqlama (VİDEO)
Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb
Masallı Xəstəxanasının direktoru həbs edildi
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb (FOTO/VİDEO)
Şəhid polkovnik-leytenant dəfn olundu (FOTO)
281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanıb
DİN sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara münasibət bildirib
Fermerləri aldadıb pul alan dələduz çobanlar saxlanıldı (FOTO/VİDEO)
DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb (FOTO)
Fındıq bağlarına birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından əldə edilən gəlir 220 milyon dolları ötüb
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
2020-ci ildə 254 cinayətkar qrup zərərsizləşdirilib
Bu sahələr fəaliyyətini bərpa etdi (FOTOREPORTAJ)
Ötən il Azərbaycanda 67 min 972 oğlan doğulub
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
“Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır
Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub
Sabahın hava proqnozu açıqlanıb
1,3 milyon manata yaxın cərimə cəzası dövlət büdcəsinə köçürülüb
Kənd və qəsəbələrdə qeydiyyata alınmayan 1312 uşaq aşkarlanıb
Ötən il boşanma ilə bağlı 1182 ərizə qəbul edilib - Ədliyyə Nazirliyi
Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
Məktəblərdə birinci yarımil üzrə qiymətləndirmə keçirilir (FOTO)
Azərbaycan və İran Xarici işlər nazirləri arasında görüş keçirilir (FOTO/VİDEO)
Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası təsdiqlənib
Baş Prokurorluqda Ermənistanın 17 muzdlu döyüşçüsü barədə axtarış elan edilib
25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın cinayətləri haqqında məktublar göndərilib (FOTO)
Ötən il məhkəmə icraçılarının icraatına 910 mindən artıq iş daxil olub
Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
Ötən il 10 məhkum xəstəliyə görə azadlığa buraxılıb
Ermənistan diaspor dayağını necə itirib?
Rusiyada koronavirusdan ölənlərin sayı 70 minə yaxınlaşır
Vətən müharibəsi şəhidlərinin məhkum qohumlarının bir qismi azadlığa buraxılıb
Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO)
Bütün xəbərlər