...

Azərbaycanda turizm şirkətlərinin sığortalanması məsələsi reallaşır

Cəmiyyət Materials 2 Aprel 2015 14:24 (UTC +04:00)
Azərbaycanda turistlərin təhlükəsizliyini təmin etməkdən ötrü sığortalanma məsələsinin də yer aldığı yeni qanun layihəsi bu il parlamentdə müzakirəyə çıxarılacaq.
Azərbaycanda turizm şirkətlərinin sığortalanması məsələsi reallaşır

Azərbaycan, Bakı, 2 aprel / Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda turistlərin təhlükəsizliyini təmin etməkdən ötrü turizm şirkətlərinin sığortalanma məsələsinin də yer aldığı yeni qanun layihəsi bu il parlamentdə müzakirəyə çıxarılacaq.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində turistlərin təhlükəsizliyi və sığortası məsələsi yer alıb: "Hazırkı qanunda təhlükəsizlik və sığorta ilə bağlı məsələlər əks olunmayıb. Ona görə də biz bu məsələnin üzərində ciddi çalışırıq".

Ə.Qarayev bildirib ki, artıq müvafiq dövlət orqanlarına təqdim olunan qanun layihəsi bu il parlamentin müzakirəsinə çıxarılacaq.

Nazir qeyd edib ki, indiyə qədər Azərbaycanda turistlərin təhlükəsizliyi ilə bağlı heç bir xoşagəlməz hadisə baş verməyib. Eyni zamanda Azərbaycanda indiyə qədər heç bir turizm şirkəti müflisləşməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti