...

Qazax və Goranboy sakinlərinə səyyar xidmətlə şəxsiyyət vəsiqələri verilib

Cəmiyyət Materials 4 Aprel 2015 11:46 (UTC +04:00)
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi respublikanın digər şəhər və rayonlarında da davam etdirilir.
Qazax və Goranboy sakinlərinə səyyar xidmətlə şəxsiyyət vəsiqələri verilib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Goranboy və Qazax rayon Polis şöbələrinin müvafiq bölmə əməkdaşlarının iştirakı ilə həmin rayonların sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Goranboy rayonunun Dəliməmmədli şəhərində keçirilmiş səyyar xidmət nəticəsində ümumilikdə 500, həmçinin Qazax rayonunun Daş Salahlı kəndində baş tutmuş analoji tədbir zamanı isə 175 nəfərin müvafiq sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi respublikanın digər şəhər və rayonlarında da davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti