...

Azərbaycan sinoptiklərindən hava müjdəsi

Cəmiyyət Materials 6 Aprel 2015 12:53 (UTC +04:00)
Yaxın 3 gün ərzində ölkə ərazisində havanın temperaturu getdikcə yüksələcək, cənub küləyi üstünlük təşkil edəcək.
Azərbaycan sinoptiklərindən hava müjdəsi

Azərbaycan, Bakı, 6 aprel / Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın 3 gün ərzində ölkə ərazisində havanın temperaturu getdikcə yüksələcək, cənub küləyi üstünlük təşkil edəcək. Arabir cənub küləyinin nisbətən güclənməsi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Aprelin 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti