...

Bəzi yollarda sürət həddi yenidən 20 km/saat qaldırıldı

Cəmiyyət Materials 13 Aprel 2015 14:15 (UTC +04:00)
Bakıda bəzi yollarda endirilmiş sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb.
Bəzi yollarda sürət həddi yenidən 20 km/saat qaldırıldı

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda bəzi yollarda endirilmiş sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, paytaxtda hava şəraiti normallaşdığından bəzi yollarda endirilmiş sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, metereoloji vəziyyətin dəyişməsi, hava şəraitinin pisləşməsi səbəbindən Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti zolaqlar üzrə üzrə 20 km/saat azaldılmışdı. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100km/saat-dan 80-ə, 80km/saatdan 60-a endirilmiş, bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti