...

Mərkəzi Bank və Təhsil Nazirliyi məktəblilər arasında müsabiqəni davam etdirir

Cəmiyyət Materials 14 Aprel 2015 16:54 (UTC +04:00)
“Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqəyə 18 mart 2015-ci il tarixdən start verilib.
Mərkəzi Bank və Təhsil Nazirliyi məktəblilər arasında müsabiqəni davam etdirir

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycan Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və "FINCA Azərbaycan"ın dəstəyi ilə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında "Bu günün qənaəti sabahın təminatıdır" adlı müsabiqəyə 18 mart 2015-ci il tarixdən start verilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması, bu yolla maliyyə savadlılığının artırılması istiqamətində şagirdlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.

Müsabiqə "Şagirdin məqsədli qənaəti" nominasiyası üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilir. Tədbirin əhatəliliyinin artırılması məqsədilə hazırlanmış filmlərin təqdim olunmasının son tarixi 30 aprel 2015-ci il tarixinədək uzadılıb.

Müsabiqədə I, II və III yerləri tutan şagirdlərə netbuk, planşet, "e-book reader" təqdim ediləcək. Müsabiqədə fərqlənənlər tədbirin təşkilatçıları və sponsorları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti