...

Azərbaycan alimləri üçün yeni müsabiqə elan edilib

Cəmiyyət Materials 16 Aprel 2015 16:14 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasi Elmi Innovasiyalar Mərkəzi inkişaf etməkdə olan ölkələrin alimlərinin elmi tədqiqatlarda iştirakı proqramı üzrə 2015-2016 illər üçün müsabiqə élan edib.
Azərbaycan alimləri üçün yeni müsabiqə elan edilib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasi Elmi Innovasiyalar Mərkəzi inkişaf etməkdə olan ölkələrin alimlərinin elmi tədqiqatlarda iştirakı proqramı üzrə 2015-2016 illər üçün müsabiqə élan edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Elmi İnnovasiyalar Mərkəzinin ünvanına Hindistanın Elm və Texnologiya Mərkəzinin (NAM S&T) məktubu daxil olub. İnkişaf etməkdə olan ölkələrin alimlərinin Elmi Tədqiqatlarda İştirakı Proqramı (RTF-DCS) üzrə 2015-2016-cı illər üçün elan olunmuş müsabiqəyə Azərbaycan alimlərinin iştirak etməsi təklif olunur. Elm və Texnologiya Mərkəzinin (NAM S&T) təşşəbbüsü ilə keçirilən RTF-DCS Proqramı Hindistan Hökumətinin Elm və Texnologiya Nazirliyinin Elm və Texnologiya Departamenti (DST) tərəfindən maliyyələşdirilir. Əlli nəfərin iştirakı ilə 6 ay müddətinə nəzərdə tutulmuş bu proqram kənd təsərrüfatı, biologiya və tibb elmləri, kimya elmləri, fizika-riyaziyyat elmləri, yer elmləri, texnika elmləri, materiallar, minerallar və metallurgiya, multidisplinar və digər sahələr üzrə həyata keçiriləcək. Yaş məhdudiyyəti 40 yaşa kimi göstərilmiş bu müsabiqədə aspirantlar, elmi işçilər, mühəndislər, texnoloqlar iştirak edə bilərlər.

Proqramda iştirak üçün ərizələrin son tədim etmə tarixi 15 iyundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti