...

Təhsil Nazirliyi: "Hüquq-mühafizə orqanlarına müraciət etsinlər"

Cəmiyyət Materials 18 Aprel 2015 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Təhsil Nazirliyi təhsil müəssisələrində qanunsuz pul yığımları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Təhsil Nazirliyindən Trend-ə bildiriblər ki, əgər hər hansı təhsil müəssisəsində müxtəlif adlar altında vəsait toplanırsa, Təhsil Nazirliyinin 146 qaynar xəttinə və hüquq mühafizə orqanlarına müraciət etsinlər.

Nazirlik bəyan edib ki, belə hallar varsa, bu, tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir.

Qeyd edək ki, son günlər bəzi KİV-lərdə sosial şəbəkələrdə bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı müxtəlif yazılar və ya şərhlər gedir. Qeyd olunur ki,b əzi təhsil müəssisələrində Avropa Oyunları adı altında vəsait yığılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti