...

“20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkətində yenilik (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2015 11:59 (UTC +04:00)
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC “20 Yanvar” dairəsində tıxacların aradan qaldırılıb, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görüb.
“20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkətində yenilik (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən "20 Yanvar" dairəsində tıxacların aradan qaldırılıb, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görülüb.

"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, əvvəllər Sumqayıt istiqamətindən yan yolla şəhərə, "20 Yanvar" dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərini davam etdirirdilər. Nəticədə həmin istiqamətdə böyük tıxac yaranırdı.

"Azəryolservis" ASC tərəfindən tıxacın qarşısını almaq üçün nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib. Belə ki, "Şamaxinka" adlanan ərazidən "20 Yanvar" dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən hərəkətlərinə davam edə biləcəklər.

Dairədə hərəkətdə olan nəqliyyat vasitələri isə həmin istiqamətdən gələn nəqliyyat vasitələrini gözləmək məcburiyyətində qalacaq. Bunun üçün sözügedən ərazidə müvafiq nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb. Şəhər istiqamətindən dairəyə daxil olan nəqliyyat vasitələri isə əvvəlki kimi dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərinə davam edə biləcəklər.

Bundan əlavə, "Azəryolservis" ASC tərəfindən "20 Yanvar" dairəsində sıxlığın aradan qaldırılması üçün dairəyə gırışdə yolun hərəkət hissələri genişləndirilb, yolun kənarlarına səki daşları qoyulub. "20 Yanvar" dairəsindən Ziya Bünyadov prospekti və "3-cü mikrorayon" dairəsinə doğru yan yollarda da hərəkət hissəsi genişləndirilib. Sözügedən ərazidə yeni asfalt-beton örtüyü çəkilib, nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti