...

Azərbaycan Nepalda baş verən güclü zəlzələ ilə bağlı humanitar yardım göstərəcək

Cəmiyyət Materials 27 Aprel 2015 00:09 (UTC +04:00)
Azərbaycan Nepal Federativ Demokratik Respublikasında baş verən güclü zəlzələ ilə bağlı humanitar yardım göstərəcək.
Azərbaycan Nepalda baş verən güclü zəlzələ ilə bağlı humanitar yardım göstərəcək

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycan Nepal Federativ Demokratik Respublikasında baş verən güclü zəlzələ ilə bağlı humanitar yardım göstərəcək.

FHN-dən Trend-ə bildiriblər ki, Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş Rixter cədvəli üzrə 7.8 bal gücündə zəlzələ çoxsaylı insan itkisi və dağıntılar törədib: "Bununla əlaqədar Azərbaycan Respublukasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsi və humanitar yardımın göndərilməsi istiqamətində iş aparır. Əlavə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti