...

Kapital Bankda yeni təyinat

Cəmiyyət Materials 1 May 2015 15:04 (UTC +04:00)
Ölkənin aparıcı banklarından olan Kapital Bank ASC-nin İdarə Heyətinin üzvləri sırasına daha bir təcrübəli kadr qatılıb.
Kapital Bankda yeni təyinat

Azərbaycan, Bakı, 1 may /Trend/

Ölkənin aparıcı banklarından olan Kapital Bank ASC-nin İdarə Heyətinin üzvləri sırasına daha bir təcrübəli kadr qatılıb.

Bankdan Trend-ə bildiriblər ki, ölkənin tanınmış banklarından birində İdarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Hüseynov may ayının 1-dən etibarən Kapital Bankda İdarə Heyəti Sədrinin müavini, Baş əməliyyat inzibatçısı vəzifəsində çalışacaq.

Fərid Hüseynov iqtisad elmləri doktorudur. Bank sektorunda 14 illik zəngin təcrübəyə malikdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 6 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti