...

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmini davam edir

Cəmiyyət Materials 6 May 2015 18:20 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmini davam edir

Azərbaycan, Bakı, 6 may /Trend/

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan belə tədbirlər respublikanın Qax, Samux və Quba RPŞ-lərinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda da baş tutub.

Qax rayonunda 414 nəfərin etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi dəyişdirilib, orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin 47 şagirdinə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.

Samuxda analoji tədbir nəticəsində 798 nəfərin şəxsiyyət vəsiqəsi dəyişdirilib, o cümlədən rayonda məskunlaşmış 13 məcburi köçkün yeni sənədlərlə təmin edilib.

Quba rayonunda keçirilmiş xidmət zamanı ümumilikdə 852 nəfərə, o cümlədən 36 şagirdə və 3 məcburi köçkünə yeni şəxsiyyət vəsiqələri verilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti