...

Ukraynada ümummilli lider Heydər Əliyevin banneri qoyulub (FOTO)

Cəmiyyət Materials 10 May 2015 13:20 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşəbbüsü ilə Kiyev və Truskavest şəhərlərində ulu öndərin böyuk banneri qoyulub.
Ukraynada ümummilli lider Heydər Əliyevin banneri qoyulub (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşəbbüsü ilə Kiyev və Truskavest şəhərlərində ulu öndərin böyuk banneri qoyulub.

Alyansın sədri Elmar Məmmədov Trend-ə deyib ki, Azərbaycan və Ukrayna hələ müstəqilliklərini yenicə əldə etdikləri illərdə beynəlxalq aləmdə mühüm tərəfdaşlar kimi tanınıblar: "Yəni Azərbaycanla Ukrayna arasında ənənəvi mehriban, səmimi dostluq münasibətləri mövcuddur. Bu ənənələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub. Ukrayna üçün çox ağır illərdə Heydər Əliyev bu ölkəyə dəstəyini əsirgəməyib, 1990-cı illərdə Ukraynada yanacaq-sürtkü materiallarının olmadığı bir vaxtda Azərbaycan həmin məhsulların əldə olunmasında Ukraynaya kömək edib".

E.Məmmədov deyib ki, ulu öndər Heydər Əliyev Azərbaycanla Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılması və əlaqələrin tənzimlənməsinə xüsusi diqqət yetirib. Bu məqsədlə təkcə 1994-1997-ci illərdə 30-dək müqavilə, saziş və protokollar imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti