...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılıb

Cəmiyyət Materials 17 May 2015 13:54 (UTC +04:00)
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyət verilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılıb

Azərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyət verilib.

Trend Nazirlət Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"ə 22.4-cü bənd əlavə edilib.

Yeni bəndə əsasən, xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti