...

Ağa Nemətulla küçəsində hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 21 May 2015 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

Bu gün Bakının Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən tətbiq edilir.

Tərtib olunmuş qrafikə əsasən, Ağa Nemətulla küşəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da başlayacaq və səhər saatlarınadək davam edəcək.

"Azəryolservis" sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti