...

Tələbələrə 300-dən çox vakant iş yerı təqdim ediləcək

Cəmiyyət Materials 22 May 2015 11:52 (UTC +04:00)
Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tələbələr üçün sabah keçiriləcək əmək yarmarkasında ölkəmizdə fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkəti 300-dən çox vakansiya təqdim edəcək.
Tələbələrə 300-dən çox vakant iş yerı təqdim ediləcək

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") və "Britiş Amerikan Tobakko" şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tələbələr üçün sabah keçiriləcək Əmək Yarmarkasında ölkədə fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkət tərəfindən 300-dən çox vakansiya təqdim ediləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyilə təşkil olunan yarmarka işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda, magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq.

Yarmarkada iştirak etmək üçün ölkənin ali təhsil müəssisələrini təmsil edən 2700-dən çox tələbə qeydiyyatdan keçib.

Bu dəfəki Əmək Yarmarkası əvvəlkilərdən fərqli olacaq. Belə ki, yarmarkada iştirak etmək istəyən tələbələrin CV-ləri əvvəlcədən xüsusi yaradılmış sayta yerləşdirilib. Şirkətlər CV-lərə baxaraq vakansiyalarına uyğun tələbəni müəyyənləşdiriblər. Onlarla Əmək Yarmarkasında görüş təyin edilib. Başqa sözlə, yarmarkaya gələn tələbə burada kiminlə və hansı vakansiyanı tutmaq üçün görüşəcəyini əvvəlcədən bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti