...

Təhsildən yayınan və 2 alanların adları sistemə daxil ediləcək

Cəmiyyət Materials 27 May 2015 15:08 (UTC +04:00)
“Şagird-məzun” sisteminə birinci növbədə təhsildən yayındığı üçün biliyi qiymətləndirilməyən və 2 aldığı üçün imtahana buraxılmayan şagirdlərin adları qeyd ediləcək.
Təhsildən yayınan və 2 alanların adları sistemə daxil ediləcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlhamə İsabalayeva/

"Şagird-məzun" sisteminə birinci növbədə təhsildən yayındığı üçün biliyi qiymətləndirilməyən və 2 aldığı üçün imtahana buraxılmayan şagirdlərin adları qeyd ediləcək. Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bununla bağlı əlaqələndiricilərə müraciət edib.

Komissiyadan bildirilib ki, 2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələri üzrə yekun qiymətləndirmə ilə bağlı təqvim planının növbəti yekun təsdiq mərhələsi davam edir. Bu mərhələdə şagirdlərin cari tədris ilinə aid illik qiymətləri təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən "Şagird-məzun" sisteminə daxil edilərək təsdiqlənməsi 14.06.2015 tarixində başa çatır.

Qeyd edək ki, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanlar TQDK-nın "Şagird-məzun sistemi"ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaya bilərlər. Bunun üçün "www.e-gov.az" "Elektron hökumət" portalına daxil olub, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunan "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın "Şagird-məzun sistemi"ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması" xidməti seçilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti