...

"Aşıq Şəmşir" Mədəniyyət Ocağında Respublika Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 29 May 2015 18:07 (UTC +04:00)
“Aşıq Şəmşir” Mədəniyyət Ocağında Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağında Respublika Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi ilə bağlı silsiləli tədbirlər davam edir. Belə tədbirlərdən biri də, 28 May Respublika Gününə həsr olunub.

Tədbirdə qonaq qismində Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Qarabağ Fondunun sədri Diana Cohen Altman iştirak edib. Əvvəlcə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov 28 May-Respublika Günü münasibəti ilə öz təbriklərini bildirib və dəvəti qəbul edib tədbirdə iştirak etdiyinə görə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən "Qarabağ Fondu"nun sədri Diana Cohen Altmana öz minnətdarlığını bildirib. O, qeyd edib ki, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hər bir Azərbaycan vətəndaşının qəlbini milli qürur hissi ilə dolduran, xalqımızın azadlıq və müstəqillik naminə mübarizə tarixinə qızıl hərflərlə həkk olunmuş şərəfli bir gündür. Həmin gün Şərqdə ilk dəfə olaraq azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı elan olunub: "Həmin andan etibarən qısa vaxt ərzində Azərbaycanın dövlət rəmzlərinin atributları qəbul edildi, dövlət sərhədləri müəyyən olunub, vətəndaşların hüquq bərabərliyinin təminatı, ana dilinin dövlət dili elan edilməsi, həmçinin milli dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində mühüm addımlar atıldı. Ancaq təəssüflər olsun ki, qan bahasına əldə edilən müstəqillik uzun çəkmədi. Azadlıq və xoşbəxtlik rəmzi olan milli bayrağımız cəmi 23 ay dalğalandı".

O, bildirib ki, Azərbaycan ötən əsrin ikinci onilliyinin əvvəlində itirdiyi müstəqilliyini əsrin sonuncu onilliyinin əvvəlində - 1991-ci ildə yenidən tapdı: "Dövlət müstəqilliyimizin ilk üç ilində dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hərc-mərclik və hakimiyyətsizlik baş alıb gedirdi. Azərbaycanın əsl müstəqilliyi 1993-cü ildən Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Azərbaycanı parçalamaq istəyən separatçı qüvvələrin, dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı qətiyyətlə alındı. Ölkədə güclü qanunverici baza yaradıldı. Siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar həyata keçirildi, onun təsisatları yarandı və bu islahatlar həyatın bütün sahələrində ölkənin tərəqqisinə güclü təkan verdi. Bu inamın banisi öz ölkəsini və xalqını qorumaq iqtidarına malik olan Ulu öndər Heydər Əliyev idi".

"Aşıq Şəmşir" Mədəniyyət ocağı ictimai birliyinin sədr müavini Həbib Misirov isə ulu öndər Heydər Əliyevin hər zaman tarixi dəyərlərə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb: "Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın iradəsinə əsaslanır. Bu gün regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Azərbaycanın iqtisadi tərəqqi zirvələrinə doğru irəliləyişinin əsas təkanverici qüvvəsidir, müstəqilliyimizin, xoşbəxtlik və firavanlığımızın qarantıdır".

ABŞ-da fəaliyyət göstərən "Qarabağ Fondu"nun sədri Diana Cohen Altman Respublika Günü münasibəti ilə təbriklərini çatdıraraq bildirib ki, müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqınızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub: "Məhz ilk dəfə qadınlara seşki hüququ həmin dövrdə verilib. Xalqınız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra lideriniz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün Azərbaycan cox sürətlə inkişaf edir. Mən sizin şəhərdə gəzəndə çox səmimi, mehriban, qonaqpərvər insanlarla qarşılaşıram. Şəhəriniz günü-gündən gözəlləşir. Azərbaycanda bütün dünyanın diqqətlə izlədiyi I Avropa Oyunları keçiriləcək. Bu Sizin dünyada artan nüfuzunuzun və iqtisadi inkişafinizin sürətlə inkişaf etməsi deməkdir. Siz xöşbəxt xalqsız ki, sizin cox savadlı, müasir düşüncəli dünyanı idarə edə bilən güclü lideriniz var".

Qonaq həmçinin, rəhbərlik etdiyi "Qarabağ Fondu"nun fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Azərbaycan həqiqətləri barədə Amerika ictimaiyyətinə müntəzəm olaraq məlumat verir. Bununla bağlı silsilə olaraq, Qarabağla, mədəniyyətimizlə bağlı maarifləndirici tədbirlər təşkil edilir. O, Azərbaycan-ABŞ əlaqələri, ABŞ-da keçirdiyi lobbiçilik fəaliyyəti barədə də ətraflı məlumat verib.

Tədbirdə gələcəkdə qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi, həmçinin məktəbliləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti