...

Şəfaət Mehdiyev küçəsində hərəkət tam bərpa olunub

Cəmiyyət Materials 4 İyun 2015 18:46 (UTC +04:00)
Şəfaət Mehdiyev küçəsində nəqliyyatın hərəkəti tam bərpa olunub.
Şəfaət Mehdiyev küçəsində hərəkət tam bərpa olunub

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Şəfaət Mehdiyev küçəsində nəqliyyatın hərəkəti tam bərpa olunub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri çərçivəsində bağlı olan Akademik Şəfaət Mehdiyev küçəsinin Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində nəqliyatın hərəkəti tam olaraq bərpa olunub.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində küçənin 1200 metrlik hissəsinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib, ümumilikdə 22 min kvadratmetr sahədə asfaltlanma işləri aparılıb. Bundan başqa, yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub.

Qeyd edək ki, Akademik Şəfaət Mehdiyev küçəsinin ümumi uzunluğu 1700 metr, eni ortalama 18 metrdir. Ümumilikdə küçə boyu 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib, 3 min paqon-metr yeni səki daşı düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti