...

Mədəniyyət və Turizm Nazirliyi xaricə getmək istəyən Azərbaycan vətəndaşlarına müraciət edib

Cəmiyyət Materials 5 İyun 2015 11:43 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xarici ölkəyə getmək istəyən şəxslərə müraciət edib.
Mədəniyyət və Turizm Nazirliyi xaricə getmək istəyən Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xarici ölkəyə getmək istəyən şəxslərə müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur: "Bununla əlaqədar əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər".

Nazirlik bildirir ki, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşən şəxslər Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti