...

Gecikdirilmiş yarım miyon manata yaxın ödəniş işçilərə ödənib

Cəmiyyət Materials 5 İyun 2015 11:46 (UTC +04:00)
Bu ilin yanvar-may aylarında 432 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Gecikdirilmiş yarım miyon manata yaxın ödəniş işçilərə ödənib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

Bu ilin yanvar-may aylarında 432 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən mləumata görə, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı işçilərə əmək haqları və digər sosial xarakterli ödənişlərin vaxtında ödənilməsinə də xüsusi diqqət yetirir.

Cari ilin may ayında nəzarət tədbirləri və vətəndaş müraciətlərinin araşdırılması zamanı əsasən sahibkarlıq subyektlərində olmaqla, ümumilikdə 54467 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib. Xidmət tərəfindən görülən tədbirlər nəticəsində qeyd olunan vəsaitin, o cümlədən 52713 manat həcmində əmək haqqının, 682 manat həcmində zərərə görə ödənişin, 1072 manat həcmində sosial müavinət və kompensasiyaların işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Ümumilikdə, cari ilin yanvar-may aylarında DƏMX işəgötürənlər tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,03 dəfə çox, yəni 432146 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Bu vəsaitin 93,06%-ni (402181 manat) əmək haqları, qalan hissəsini zərərə görə ödəniş, sosial müavinət və kompensasiyalar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti