...

Bakı həbsxanalarında dustaq məzunlar üçün buraxılış imtahanları

Cəmiyyət Materials 6 İyun 2015 13:18 (UTC +04:00)
Bakıdakı cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirilib.
Bakı həbsxanalarında dustaq məzunlar üçün buraxılış imtahanları

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıdakı cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin tabeliyindəki 1, 2, 7, 10, 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən 2014-2015 tədris ilinin yekunları ilə bağlı buraxılış imtahanları keçirilib.

Həmin müəssisələrdə fəaliyyət göstərən Təhsil Nazirliyinin 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərinin 9 və 12-ci sinif şagirdlərinin şəhadətnamə və attestatlara layiq görülmələri məqsədilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti