...

ƏƏSMN-nin e-xidmətlərindən 170 minə yaxın istifadə qeydə alınıb

Cəmiyyət Materials 10 İyun 2015 10:46 (UTC +04:00)
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 170 minə yaxın istifadə qeydə alınıb.
ƏƏSMN-nin e-xidmətlərindən 170 minə yaxın istifadə qeydə alınıb

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmətlərindən 170 minə yaxın istifadə qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-nin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən cari ilin may ayında 169717 dəfə istifadə halı qeydə alınıb.

ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti 113827, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidməti 40359, "İş yerinə dair arayış" e-xidməti isə 13401 istifadə sayı ilə son bir ayda da əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşıb.

"Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bildirişlərin nazirliyin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi vasitəsi kimi fəaliyyət göstərir.

Ötən ilin ortalarından həmin sistemin işə salınması "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətlərinin də yaradılaraq istifadəyə verilməsinə imkan yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti