...

AZAL-dan MDB məkanında ilk maraqlı təklif

Cəmiyyət Materials 12 İyun 2015 12:01 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlamasını elan edir.
AZAL-dan MDB məkanında ilk maraqlı təklif

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlamasını elan edir. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Sənəd qəbulu 1-30 iyulda həyata keçiriləcək.

Namizədlər üçün tələblər:
- Ali təhsilli 25 yaşa qədər olan qadınlar;
- 160-180 sm boy;
- Maksimum çəki 75 kq;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək.

Müsabiqədə iştirak etmək üçün sənədlərin siyahısı:
- Şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir);
- Təhsil haqqında sənədin əsli;
- 3х4 sm ölçüdə şəkil;
- Xarici dil bigilərini təsdiqləyən sertifikat (əgər varsa).

Bütün sənədlər "Azərbaycan Hava Yolları" QSC-nin Personalla iş üzrə Baş idarəsinə təqdim edilməlidir.
Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.

Əlavə məlumat əldə etmək üçün "Azərbaycan Hava Yolları" QSC-nin Personalla iş üzrə Baş idarəsinə müraciət etmək olar.

Telefon: (+994 12) 497-26-00 (daxili xətt: 20-45, 32-81)

Qeyd edək ki, AZAL-ın bu qəbulu MDB məkanında ilk dəfədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti