...

Bölgələrdə çəyirtkələrə qarşı mübarizə başladı (FOTO)

Cəmiyyət Materials 23 İyun 2015 12:32 (UTC +04:00)
Tovuzda çəyirtkələrə qarşı mübarizə tədbirlərinə başlanılıb.
Bölgələrdə çəyirtkələrə qarşı mübarizə başladı (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Tovuzda çəyirtkələrə qarşı mübarizə tədbirlərinə başlanılıb. Məhsul yığımı ərəfəsində taxıl, ot və digər bitkilərə zərər vuran ziyanvericilərdən biri də çəyirtkələrdir. Buna qarşı Tovuzda kimyəvi mübarizə tədbirlərinə başlanılıb.

Trend Kəpəz TV-yə (Region TV) xəbər verir ki, rayon ərazisində ümumilikdə 400 hektardan çox sahədə dərmanlama işi aparılıb. Məqsəd zərərvericilərin taxıl və otlaq sahələrinə, həmçinin meyvə bağlarına və digər yaşıllıqlara vura biləcəyi ziyanın qarşısını vaxtında almaqdır. Çəyirtkələrin regiona əsasən Ermənistan və Gürcüstan ərazisindən miqrasiya etdiyi bildirilir. Dərmanlama tədbirləri Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin və Bitki Karantini Məntəqəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, hazırda rayon ərazisində bu zərərvericilərin əsasən 5 növünə - "italiya", "mərakeş", "şala", "sizək" və yerli çəyirtkələrə rast gəlinir. Onların qısa müddətdə yaşıllıqları məhv etmək gücündə olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti