Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanın ümumi təhsil müəssisələrində istifadə olunan 50 minə yaxın kompüter lisenziyalı proqram təminatı əsasında işləyəcək.
Bu barədə Trend-ə "Microsoft Azerbaijan"ın nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov deyib.
Onun sözlərinə görə, bu sahədə reallaşdırılması planlaşdırılan işlər 2014-cü ilin aprel ayında imzalanmış strateji tərəfdaşlıq haqqında sənəddə (Education Transformation Agreement) göstərilib.
Bu sənəd əsasında perspektivdə ölkənin ali təhsil müəssisələrində istifadə olunan kompüterlər də lisenziyalı proqram təminatı ilə təmin olunacaq.