...

Bakıda güclü şimal küləyi əsəcək, temperatur enəcək

Cəmiyyət Materials 3 İyul 2015 12:33 (UTC +04:00)
Sabaha Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, havanın temperature bir qədər enəcək
Bakıda güclü şimal küləyi əsəcək, temperatur enəcək

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabaha Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, havanın temperaturu bir qədər enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin güclənəcəyi gözlənilir.

Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 4-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda havanın temperaturu gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti