...

Azərbaycanın ali məktəbi Fransa universiteti ilə iki diplom proqramını hazırlayır

Cəmiyyət Materials 3 İyul 2015 16:09 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisadiyyat Universiteti (ADİU) Fransanın Monpelye Universitetilə iki diplom proqramının reallaşdırılması barədə ilkin razılıq əldə edib.
Azərbaycanın ali məktəbi Fransa universiteti ilə iki diplom proqramını hazırlayır

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Dövlət İqtisadiyyat Universiteti (ADİU) Fransanın Monpelye Universiteti ilə iki diplom proqramının reallaşdırılması barədə ilkin razılıq əldə edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə ADİU-nun rektoru Ədalət Muradov deyib.

Onun sözlərinə görə, hazırda layihənin detalları müzakirə olunur və məsələ razılaşdırılma mərhələsindədir: "Rusiyanın Ali İqtisadiyyat Məktəbi ilə də razılaşma əldə edilib ki, bu da bizim tələbələrimizə həmin məktəbdən ikinci diplom almağa imkan verəcək. Bu model London İqtisadiyyat Məktəbi ilə da reallaşdırılır".

Ə.Muradov qeyd edib ki, London İqtisadiyyat Məktəbi ilə iki diplom proqramı sentyabrdan start götürəcək, Rusiyanın Ali İqtisadiyyat Məktəbi ilə analoji layihə isə gələn tədris ilinədək başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti