...

Paytaxtın giriş yolu təmir olunur (FOTO)

Cəmiyyət Materials 10 İyul 2015 16:56 (UTC +04:00)
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır.
Paytaxtın giriş yolu təmir olunur (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu işlər çərçivəsində Bakı-Ələt avtomobil yolunun "Bibiheybət" məscidindən Su İdman Sarayınadək olan hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış yerləri bərpa edilir.

Təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq daşınır. Daha sonra həmin ərazilər yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanır və asfaltlanma işləri həyata kerçirilir. Təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və Nəqliyyat Nazirliyi, həmçinin "Azəryolservis" ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda qüvvə cəlb olunub.

Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti