...

Bakıda təmir olunmuş küçə görkəmini dəyişdi (FOTO)

Cəmiyyət Materials 16 İyul 2015 16:59 (UTC +04:00)
Sabunçu rayonu, Rüstəm Rüstəmov küçəsində, daha dəqiqi, “İmam Zaman” məscidinin qarşısından Ramiz Qəmbərov küçəsi ilə kəsişməyədək olan hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.
Bakıda təmir olunmuş küçə görkəmini dəyişdi (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

Sabunçu rayonu, Rüstəm Rüstəmov küçəsində, daha dəqiqi, "İmam Zaman" məscidinin qarşısından Ramiz Qəmbərov küçəsi ilə kəsişməyədək olan hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis"ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, küçənin bu hissəsi tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Qeyd edək ki, bu küçədə təmir işləri "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə aparılan təmir-tikinti işləri çərçivəsində həyata keçirilirdi.

Sabunçu rayonu, Rüstəm Rüstəmov küçəsinin təmir olunmuş hissəsinin uzunluğu 690 metr, ortalama eni isə 16 metrdir. Sözügedən ərazidə mühəndis-kommunikasiya xətləri çəkilmiş xəndəklərin üstü bərkidildikdən sonra ümumilikdə küçənin 10 800 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bundan başqa, küçədə köhnə səki daşları yeniləri ilə əvəzlənib. Küçəyə təqribən 700 paqon-metr yeni səki daşı düzülüb. Təmir işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.

İşlər Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliyinin nəzarəti altında aparılıb. Küçədə nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi nəzərə alınaraq işlər qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq, yekunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti