...

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 21 İyul 2015 10:14 (UTC +04:00)
IDEA-nın “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlimi keçirilib.
“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

IDEA-nın "Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində suyun əhəmiyyəi ilə bağlı təlim keçirilib.

IDEA-dan Trend-ə verilən məlumata görə, iyulun 18-də IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 5-8 yaşlarında olan uşaqlar üçün su və onun əhəmiyyəti mövzusuna həsr olunmuş növbəti təlim keçirilib.

Təlim zamanı uşaqlara suyun xüsusiyyətləri, onun Yer kürəsi üçün vacibliyi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat çatdırılıb. "Kiçik ekoloqlar", həmçinin suyun qorunması və ona qənaət edilməsi, onun təmiz saxlanması yolları ilə də tanış olublar.

Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak edib, şüşə su qabının içərisində meduza, fincanın içərisində göy qurşağı və lava lampası hazırlamağı, təlimçilərin köməyilə öz su aləmlərini yaratmağı öyrəniblər. Sonra "Eko laboratoriya"nın iştirakçıları sabun köpükləri düzəldərək açıq havada əyləncəli gün keçiriblər.

IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca yeddinci təlim olan İyul laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də suyun insan həyatındakı rolunu və planet üçün əhəmiyyətini dərk etmələrinə yardım edib.

"Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti