...

"Mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı"

Cəmiyyət Materials 21 İyul 2015 17:01 (UTC +04:00)

Sənan Nəcəfov - qhtxeber-in baş redaktoru

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı sərəncamla "Tərəqqi" medalına layiq görülən media mənsublarındanam.

Hisslərimi, həyəcanımı sözlə izah edəcək qədər söz bazasına malik deyiləm. Baxmayaraq ki, 18 ildir mətbuatdayam. Bu sənədi imzalayan Cənab Prezidentə sonsuz təşəkükrümü çatdırıram. Bu mənim aldığım ən böyük dövlət mükafatımdır. Bu mükafatı mənim üçün dəyərli edən məhz Prezident İlham Əliyevin imzasıdır. Açığı jurnalist kimi bu illər ərzində fəaliyyətimdə hansısa mükafat, təltif haqda heç fikirləşmədim. BAxmayaraq ki, müxtəlif media mükafatları almışam. Yəni məqsədim mükafat olmayıb, getdiyim yolun haqlı olduğunu tərəddüdsüz düşünmüşəm və nəticələrim olub.

Bu dəfə sərəncamla bağlı deyil, Azərbaycan Respublikası Prezidentinin mətbuata diqqət və qayğısı haqda bir neçə kəlmə demək istərdim.

Əvvəla onu deyim ki, güclü dövlət, onun bütün demokratik institutlarının güclü olması deməkdir. Vətənaş Cəmiyyəti güclü olan dövlətin sütunlarının da güclü olduğu kimi, medianın da azad, müstəqil və rəqabətə davamlı olması eyni məntiqlə xarakterizə edilə bilər. Bu gün milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi həmin sütunların daha da möhkəm olması üçün atılan məqsədyönlü addımlardandır. Bildiyimiz kimi, Azərbaycan hökumətinin KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyev dəfələrlə sübut edib ki, dövlətimiz demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirir.

İkinci məqam, Cənab Prezidentin hələ bir neçə il əvvəl söylədiyi "jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir" fikridir ki, illərdir bu sözə sadiqliyini sübut edir. Son illərdəki müşahidələrimiz onu göstərir ki, Cənab Prezident nəinki qətiyyətli dövlət başçısıdır, eyni zamanda, humanistdir, milli mənəvi dəyərlərə, ziyalılığa, həqiqi və ədalətli sözə sayğı ilə yanaşır. XXI əsrin siyasi mərkəzlərinin diqqətində olan Azərbaycan Prezidenti dövlətmizin inkişafı və onun idarəedilməsi üçün medianın fəaliyyətini dəstəklədiyini davamlı olaraq nümayiş etdirir. İndi böyük qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır. Bu günün əsas tələbi budur ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, daha güclü, varlı dövlət kimi qəbul olunur və dəyərləndirilir.

Nəhayət, üçüncü məqam, mətbuata qayğının predmetləridir. Son on ildə dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xidmət edən addımlarına nəzər salmaq yetərlidir ki, mətbuatın daha da gücləndirilməsi, inkişaf etdirilməsi, peşəkar fəaliyyət göstərməsi üçün görülən böyük miqyaslı işlərin şahidi olaq. Bu sırada "Əməkdar jurnalist" adının bərpa olunması, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar, mətbuatın 130, 135 və nəhayət 140 illik yubileylərinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident Təqaüdünə layiq görülməsi də atılan addımlar sırasındandır.

Bütün bunların yekunu olaraq qeyd etməliyəm ki, məhz Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq artır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Bütün bunlar, eyni zamanda, cəmiyyətin digər institutlarının da diqqətini jurnalist peşəsinə yönəltmiş oldu. Bu isə jurnalistlərin peşə nüfuzunun artmasına müstəsna təsiri var. Belə demək mümkünsə, mətbu azadlıqların təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı. Biz yeni KİV-in nümayəndələriyik.

Fikrimcə 140 illik yubilyeini təmtəraqla qeyd edən Azərbaycan jurnalistikası bundan sonra da öz üzərinə düşən məsuliyyəti və şərəfli vəzifənin ağırlığını anlayır. Media mənsubları ilə bugünkü görüşündə Cənab Prezidentin fikirlərini təkrarlamaq istərdim: "Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun güclənməsinə öz töhfəsini əsirgəməməlidir". Məncə, bu növbəti illər üçün qarşıya qoyulan əsas vəzifədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti