...

Azərbaycanda xəstə uşaqların sayı artır

Cəmiyyət Materials 22 İyul 2015 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yenitörəmələr aşkarlanan, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları, eyni zamanda, qidalanma, sinir sistemi pozğunluqları diaqnozu ilk dəfə qoyulan uşaqların sayı artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda sinir sistemi diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 30 573 olduğu halda, 2014-cü ildə onların sayı 39 918 olub.

Bununla yanaşı, psixi və davranış pozğunluqları diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 1647, 2014-cü ildə 2743 nəfər, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqları diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 13 835, 2014-cü ildə 17 497 nəfər, gözün və onun əlavə aparatının xəstəliyi üzrə ilk dəfə diaqnoz qoyulmuş uşaqların sayı isə 2013-cü ildə 21 220, 2014-cü ildə 34 176 nəfər olub.

Qan dövranı sistemi xəstəlikləri diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 12 822, 2014-cü ildə isə 15 878 nəfər olub.

Yenitörəmələr diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 330 nəfər olduğu halda, 2014-cü ildə belə uşaqların sayı 498-ə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti