...

Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə qəbul keçirilir

Cəmiyyət Materials 31 İyul 2015 18:23 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə qəbulun keçirilməsi ilə bağlı müsabiqə elan olunur.
Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə qəbul keçirilir

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə qəbulun keçirilməsi ilə bağlı müsabiqə elan olunur.

Trend TQDK-nın saytına istinadən məlumat verir ki, Dövlət Sərhəd Xidməti Akademiyasının "Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi", "Mexanika mühəndisliyi", "Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi", "Dövlət və bələdiyyə idarə etməsi" ixtisasları üzrə 2015-ci il iyulun 31-dən avqustun 5-dək əlavə qəbul həyata keçirilir.

Müsabiqədə I və II ixtisas qrupları üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Qeydiyyat Azərbaycan Sərhəd Xidməti Akademiyasında aparılır (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 30).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti