...

Bakıda əsən şimal küləyi sabahdan mülayimləşəcək

Cəmiyyət Materials 6 Avqust 2015 13:01 (UTC +04:00)
Bakıda əsən şimal küləyi sabah günün ikinci yarısından mülayimləşəcək.
Bakıda əsən şimal küləyi sabahdan mülayimləşəcək

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda əsən şimal küləyi sabah günün ikinci yarısından mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 7-də hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin axşam və gecə əsasən bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti