...

Azərbaycanda iki yeni qurum yaradıla bilər

Cəmiyyət Materials 6 Avqust 2015 13:56 (UTC +04:00)
Azərbaycanda Daşınar Əmlak Reyestri və Özəl Kredit Bürosu yaradıla bilər.
Azərbaycanda iki yeni qurum yaradıla bilər

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycanda Daşınar Əmlak Reyestri və Özəl Kredit Bürosu yaradıla bilər. Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, Dünya Bankı bu qurumların yaradılması ilə bağlı qanun layihələri üzərində işləyir: "Özəl Kredit Bürosu vasitəsilə insanların kreditdən tutmuş, kommunal xərcləri, hətta cərimələri belə vaxtında ödəyib-ödəmədiyini öyrənmək mümkün olacaq. Daşınar Əmlak Reyestri vasitəsilə hər kəs mənzilində olan qiymətli məişət əşyalarını qeydiyyatdan keçirib, gələcəkdə götürəcəyi kreditin müqabilində onları banka girov qoya biləcək".

Bəzi MDB ölkələrində artıq bu təcrübədən istifadə olunduğunu qeyd edən ekspert hesab edir ki, sözügedən qurumların yaradılması bank sektorunda ciddi irəliləyişə səbəb olacaq: "Rusiya, Ukrayna və bir sıra qonşu ölkələrdə bundan istifadə olunur. Hər iki qurumun yaradılmasında məqsəd insanların kreditlərə əlçatanlığını daha da asanlaşdırmaqdır. Qanun layihəsi qəbul olunduqdan sonra hər iki qurumun fəaliyyətə başlacağı gözlənilir. Hesab edirəm ki, bu, həm də problemli kreditlərin azalmasına kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti