...

Azərbaycan-Rusiya sərhədində avtomobillərin tıxacı aradan qaldırılıb

Cəmiyyət Materials 17 Avqust 2015 10:59 (UTC +04:00)
Azərbaycan-Rusiya sərhədində avtomobillərin tıxacı yaranıb.
Azərbaycan-Rusiya sərhədində avtomobillərin tıxacı aradan qaldırılıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan-Rusiya sərhədində avtomobillərin tıxacı yaranıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, son iki gündə Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillərin Rusiya ərazisinə daxil ola bilməməsi nəticəsində Samur çayı üzərində yerləşən körpünün Rusiya hissəsində avtomobil yığılıb və tıxac yaranıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan-Rusiya sərhədində tıxacın yaranması sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində baş verən texniki problemlə əlaqədar olub.

Hazırda problem aradan qaldırılıb və avtomobillərin Rusiya ərazisinə keçidi tam təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti