...

Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Offroad” klubu dünya ekspedisiyasında iştirak edir (VİDEO)

Cəmiyyət Materials 2 Sentyabr 2015 10:36 (UTC +04:00)
Dünyanın müxtəlif ölkələrinə səyahət edən avtomobil həvəskarlarından ibarət qrup “Dünya bizimdir” adlı ekspedisiyaya çıxıb.
Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Offroad” klubu dünya ekspedisiyasında iştirak edir (VİDEO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Dünyanın müxtəlif ölkələrinə səyahət edən avtomobil həvəskarlarından ibarət qrup "Dünya bizimdir" adlı ekspedisiyaya çıxıb.

Azərbaycan Avtomobil Federasiyasından Trend-ə bildiriblər ki, 13 nəfərdən ibarət heyətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ölkəmizin "Offroad" klubu da təmsil olunur.

Məlumata görə, bu ilin iyun ayından başlayan ekspedisiya 2 mərhələdə davam edəcək. Səyahətçilər 5 qitədə 50 ölkə üzrə yürüş etməyi nəzərdə tutur. Oktyabr ayında isə komandanı dünya turunun ikinci mərhələsi gözləyir. Bu mərhələdə iştirakçılar Hindistan, Pakistan, İran və Azərbaycandan keçməyi planlaşdırırlar.

Avtomobil turizmini genişləndirmək məqsədi daşıyan layihənin üzvü Aleksey Kamerzanovun çətin yol şəraitini əks etdirən yürüşdən hazırladığı videonu təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti