...

ƏƏSMN 6 ayda əlilliyi olan şəxsləri 25 minə yaxın reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib

Cəmiyyət Materials 4 Sentyabr 2015 12:30 (UTC +04:00)
Cari ilin yanvar-avqust aylarında ƏƏSMN əlilliyi olan şəxsləri 25 minə yaxın reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib.
ƏƏSMN 6 ayda əlilliyi olan şəxsləri 25 minə yaxın reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Cari ilin yanvar-avqust aylarında ƏƏSMN əlilliyi olan şəxsləri 25 minə yaxın reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 1230 ədəd əlil arabası verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmçinin, bu ilin 8 ayında Mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi əlilliyi olan şəxsləri 748 ədəd aşağı ətraf və 116 ədəd yuxarı ətraf protezi,159 ədəd döş protezi, 748 ədəd aşağı ətraf ortez-tutoru, 256 ədəd ortez-korset, 18436 ədəd yardımçı məmulat və s. ilə təmin ediblər.

Bu təbəqədən olan şəxslərə 2081 cüt ortopedik ayaqqabı və 293 ədəd eşitmə aparatı da verilib, onlara məxsus 497 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə təqdim olunub.

Ümumilikdə, əlilliyi olan şəxslər 24866 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 58,2 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti