...

"Azəryolservis" bu il 181 km uzunluğunda yol tikib (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2015 18:06 (UTC +04:00)
Bu ilin birinci yarısı ərzində ölkədə 181,1 km uzunluğunda yol tikilib, Bakıda 62,9 kilometr yol yenidən qurulub.
"Azəryolservis" bu il 181 km uzunluğunda yol tikib (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bu ilin birinci yarısı ərzində ölkədə 181,1 km uzunluğunda yol tikilib, Bakıda 62,9 kilometr yol yenidən qurulub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" ASC-də 2015-ci ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov ötən illərdə olduğu kimi, cari ilin 6 ayı ərzində də cəmiyyət tərəfindən ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələrin uğurla davam etdirildiyini qeyd edib: "Bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil".

Cari ilin son 6 ayı ərzində ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı" çərçivəsində xeyli iş görüldüyünü bildirən S.Məmmədov qeyd edib ki, şəxsən nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında 2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən 181,1 km yolun tikilib, yenidən qurulub və təmir olunduğunu, həmçinin 10 yeni körpünün tikildiyini bildirib: "Bakı-2015 I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Ümumilkdə Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilib, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Bakı şəhərində 4 körpü və tunel, 7 yerüstü və yeraltı piyada keçidləri də inşa edilib. Həmçinin yolların kənarlarında 49 523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib".

Sonda Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən 2015-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlərə həsr olunan hesabat filmi nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti