...

602525 manat gecikdirilmiş sosial ödənişin işçilərə ödənilməsi təmin edilib

Cəmiyyət Materials 11 Sentyabr 2015 11:39 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti 602525 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
602525 manat gecikdirilmiş sosial ödənişin işçilərə ödənilməsi təmin edilib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Dövlət Əmək Müfəttişliyi Xidməti 602525 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin avqust ayında ümumilikdə 98430 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmin vəsaitin 80847 manatı (82,1 faiz) əmək haqlarından, 15492 manatı (15,7 faiz) sosial müavinət və kompensasiyalardan, qalanı isə zərərə görə ödənclərdən ibarət olub. Son bir ayda ödənilməsi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği ötən ilin avqust ayı ilə müqayisədə 4,2 dəfə, o cümlədən əmək haqları üzrə 4,2 dəfə, sosial müavinət və kompensasiyalar üzrə isə 8,9 dəfə çox olub.

Ümumilikdə DƏMX-in həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində cari ilin yanvar-avqust aylarında 602525 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu dövrdə DƏMX işdən qeyri-qanuni şəkildə azad edilmiş 16 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını da təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti